Azərbaycanlı yazıçı Moldova həbsxanasında aclıq aksiyasına başladı
Lent.az-ın məlumatına görə, bu barədə yazıçı dünən axşam öz şəxsi bloqunda bildirib.
O deyib ki, həbs müddəti 30 sutka uzadılandan sonra bu qərarı verib: “Sentyabrın 14-dən qida qəbulundan imtina etdiyimi bəyan edirəm. Aclıq aksiyası məni bu iylənmiş barakdan buraxana qədər davam edəcək”.
E. Bağırov vurğulayıb ki, həbsdə olduğu 3 ay ərzində onu cəmi bircə dəfə 20 dəqiqəlik dindiriblər. Yazıçı bunun gözdən pərdə asmaq olduğunu vurğulayıb.
Xatırladaq ki, Eduard Bağırov bu il iyunun 16-da Moldovada həbs olunub və Kişinyovda istintaq təcridxanasında saxlanılır. O, 2009-cu ilin aprelində baş verən kütləvi qarşıdurmanın təşkilində ittiham olunur. Əgər günahı sübuta yetirilsə, yazıçını 4 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

526