BDU-nun Coğrafiya fakültəsinin dekanı vəfat edib
Lent.az-ın məlumatına görə M.Müseyibov dünən səhər saatlarında dünyasını dəyişib. Məhrumun dəfn mərasimində ölkənin əksər elm xadimləri, millət vəkilləri, məmurlar iştirak edib.
Qeyd edək ki, Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində dünyaya göz açmışdır. İkinci dünya müharibəsi illərində orta və ali məktəbi bitirib. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olub "Ceyrançölün geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını 1954-cü ildə müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışıb, 1955-ci ildə dosent vəzifəsinə seçilib və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlayıb. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişib. Coğrafiya elmi və onun aparıcı sahələrindən olan landşaftşünaslıq, geomorfologiya və neotektonik hərəkətlərin tədqiqi sahəsində apardığı araşdırmalar təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, həmçinin Almaniya, Fransa və s. ölkələrdə öyrənilib.
Dəfələrlə beynəlxalq simpozium, konqres və konfranslarda iştirak edib. 1972-ci ildə Kanadada, 1976-cı ildə isə Moskvada keçirilən Beynəlxalq Coğrafiya Konqresinin, 1980-ci ildə "Palecoğrafiyaya aid sovet" Amerika simpoziumunun, SSRİ Coğrafiya Cəmiyyətinin Qurultaylarının (Lvov, Tbilisi, Bişkek, Leninqrad, Moskva və s.) iştirakçısı olub. Son zamanlara qədər beynəlxalq məzmunlu elmi-tədqiqatlarını davam etdirərək, Almaniya, Fransa, Rusiya, Gürcüstan alimlərilə birgə "Qafqazın geosiyasi xəritəsi" üzərində işləyirdi. 400-dən artıq məqalənin, 9 monoqrafiyanın, 25 kitabın müəllifi idi.

1039