İmişliyə gəlin köçən fransız gözəlinin gizli qalan məktubları - HEKAYƏT
0
0
64 il əvvəl Fransadan sovet partizanı Şəmməd Şirməmmədova qoşulub Azərbaycana, İmişli rayonunun Murğuzallı kəndinə gəlin köçən İoanna Botto Janın qohumları tapılıb. Bu barədə Lent.az-ın əməkdaşına BBC-nin, eyni zamanda İngiltərənin məşhur Channel 4 telekanalının müxbiri Nik Stüard məlumat verib. Xatırladaq ki, Nik Stüard xanım Bottonun həyat hekayəsindən xəbər tutan kimi onun həyatından veriliş hazırlamağı qərara alıb.
Bu məqsədlə Nik Sütard Fransanın Lion şəhərində yerləşən, 2-ci Dünya Müharibəsi zamanı bu ölkədə faşistlərə qarşı fəaliyyət göstərmiş Müqavimət Hərəkatının Muzeyi ilə əlaqə saxlamışdı. Qeyd edək ki, İoanna Botto Jan əslən Liondan, daha doğrusu, bu şəhərin ətrafında yerləşən La Fayet qəsəbəsindəndir.
İngilis həmkarımızın dediyinə görə, artıq muzeyə sorğu da göndərib və cavabını gözləyir. Nik vaxtilə yaralı partizanları müalicə etmiş bir fransız professorla da əlaqə yarada bilib. Hazırda həmin professor bu istiqamətdə öz arxivini araşdırmaqla məşğuldur. Bundan başqa, Fransa Xarici İşlər Nazirliyinin arxivinə də müraciət edən Stüardın araşdırmaları öz bəhrəsini verib.
Bizimlə əlaqə saxlayan həmkarımızın dediyinə görə, xanım Bottonun əmisi qızı və əmisi oğlunu tapa bilib. «Onlar qulaqlarına inanmadılar. Əmisi qızı Marselo Qrequar bir müddət telefonda cavab verə bilmədi. Çox həyəcanlanmışdı. Əmisi oğlu İoan da eləcə. Marselo mənə dedi ki, 90-cı illərin əvvəllərində Rusiyanın Fransadakı səfirliyi vasitəsi əmisi qızlarını axtarıblar. Amma bu axtarış heç bir nəticə verməyib. Marselonun atası, İoannanın əmisi Jozef də ömrünün sonuna kimi qardaşı qızını axtarıb. Bunun üçün bir sıra instansiyalara müraciət etsələr də faydası olmayıb».
Nik Stüardın dediyinə görə, o, İoanna xanımın qardaşı, müharibədən sonra Fransanın müxtəlif diplomatik nümayəndəliklərində çalışmış Pol Botto Janın qızını da arayıb tapa bilib: «Qızın adı Beatrisdir. Onun koordinatlarını əldə etsək də, hələ ki özüylə əlaqə saxlaya bilməmişik».
Qəhrəmanımızın qohumlarını tapandan sonra İmişliyə zəng vuran həmkarımız deyir ki, İoanna nənə qohumlarının adını eşidən kimi həyəcandan ağlayıb. «O, telefonda bir neçə dəqiqə ağladı. İnana bilmirdi ki, qohumlarından bir kimsə indiyəcən sağ qala. Sözün açığı, mən də kövrəlmişdim» - deyə Nik bildirdi.
Yeri gəlmişkən, dünən İoanna xanımla əlaqə saxladıq. O da qohumlarının sağ qalmasına inana bilmədiyini bildirdi: «Sözün düzü qəhər məni boğurdu. Jurnalistə nə dediyimi də unutdum».
Bu arada Fransanın nüfuzlu dərgilərindən olan «Le Journal du Dimanche»nin müxbiri Pyer Lorant Mazar xanım Bottoyla bağlı reportaj hazırlamaq üçün İmişlinin Murğuzallı kəndində olub, İoanna Bottoyla görüşüb. Jurnalist bizimlə söhbətində bildirdi ki, o da İoanna xanımın qohumlarının axtarışına başlayacaq: «Artıq arxivlərə müraciət etmişəm. Yaxın günlərdə La Fayetə də gedəcəm. İoanna xanım La Fayetdə evlərinin təxmini yerini də mənə dedi. Güman edirəm ki, hərtərəfli araşdırma və Azərbaycandakı reportajla birgə gözəl yazı hazırlanacaq». Pyer Mazarın dediyinə görə, yazı, böyük ehtimalla, bu bazar işıq üzü görməlidir.
Xanım Bottonun taleyi ilə bağlı başladığımız araşdırmanı davam etdirmək üçün yenidən İmişlidə olduq.
Və vaxtı ilə Fransadan İoana xanıma göndərilmiş məktubları əldə edə bildik. Yeri gəlmişkən, xanım İoannanın 30-cu illərin sonlarında La Fayetdə monastırda təhsil aldığını da üzə çıxara bildik. Özü zarafatla deyir ki, «müharibə başlamasaydı indiyəcən rahibə idim, bəlkə». Hə, yaddan çıxmamış onu da deyək ki, ingilis həmkarımız xanım Bottonun monastırdakı tələbə yoldaşlarından Denisi də tapa bilib.
İoanna xanımın dediynə görə, evləri La Fayetdə çay qırağındadır. «Evimiz sökülsə də, yəqin ki, çay durar. Elə ana və atamın uyuduğu qəbiristanlıq da» deyə yenə zarafatından qalmır.
İndi isə sizlərə vaxtı ilə Fransadan yaxınlarının xanım Bottoya göndərdiyi məktubların bir hissəsi ilə tanış edək. İoanna xanımın dediyinə görə, əslində məktubların sayı çox olub. Sadəcə, illər boyu qoruyub saxladıqları bunlardır...
bu məktubları həyəcansız oxumaq olmur...
***
«Əzizim İoanna. Məktubunu aldıq. Elə hesab etmə ki, səni unutmuşuq. Sənin kimi rəfiqəni unutmaq olarmı? Sənə vətəndən kiçik bir sovqat göndərirəm.
Niyə görə tale sənə qarşı bu qədər qəddar oldu? Kaş bir neçə günlüyə Fransaya gələydin və səni səmimi qəlbdən qarşılayaydıq.
Rusiyada nə işlə məşğulsan? Uşaqların haqqında bizə ətraflı yaz. Mən Rusiya haqqında verilişlərə baxıram. Sizin ölkənin çox səmimi prezidenti var!!!
Arzu edirəm ki, 90-cı il sənin üçün uğurlu olsun.
Deniz»
***
«Əzizim İvonna
Nə yazıq ki, sənə yazdığım ilk məktubda qara xəbər verməyə məcbur olacam. Sənin atan vəfat edib. O, həyatda çox çətinlik görüb, lakin dözümlü olmaq lazımdır. Bir gün gec, ya tez - bizlər də ona qovuşacağıq.
Bu məktuba cavabında bizim ailə notariusunun tələb etdiyi məlumatları yaz.
Birinci ərinin adı və soyadı, öldüyü tarix.
İkinci ərinin adı və soyadı, təvəllüdü, nikah tarixiniz.
Anan Mariya Botto, 28 may 1954»
***
«Sizə kiçik bir bağlama göndərirəm və ümid edirəm ki, alacaqsınız.
Simonna evlənib, Loret də bu yaxında ailə quracaq. Gün gələcək, qovuşacağıq. Sizi bağrıma basıram.
Deniz
Takonnaz əyaləti»
***
«Əzizim İoanna!
2 aydan çoxdur ki, sənə məktub yazmışam, lakin cavab gəlməyib. Necəsən?
Sənə ananın şəklini göndərirəm. Mənim işim başımdan aşır. Burada payız çox gözəldir, istərdim ki, sən də bu gözəllikləri görəsən.
Səni heç zaman unutmayan Deniz»
***
«Əzizim İoanna
Yeniliklər barədə sizi məlumatlandırmaqda gecikirəm. Ümid edirəm ki, sən və ailən sağ-salamat olasınız. Qoy, 1990-cı il sizin üçün uğurlu olsun.
Dünən televizorda gördüm ki, Bakıda toqquşma olub. Siz orada olmusunuz? Tez mənə cavab yaz ki, arxayın olum.
Burda qar yağmasa da hava soyuqdur. Bilirəm ki, Rusiyanın qışı daha sərt olur.
Səni bağrıma basıram, Deniz»
***
«Anan sənin üçün çox darıxır. O Rusiyaya gəlib səni görmək istəyir, lakin bu qeyri-mümkündür. Siz də onsuz çox darıxırsınız.
Pol həmişəki kimi jandarmdır və hər zaman səni düşünür.
Qış gəlir. Mən də bir uşaq evində əlil uşaqlarla işləyirəm.
Sizləri bağrıma basıram.
Madam Qarenya»
***
«Bu günlərdə məktubunu aldım. Belə tez cavab verdiyin üçün təşəkkür edirəm.
İoanna, səni ağlatmaq istəmirəm, lakin deməliyəm ki, sevimli anan artıq daha gözəl bir dünyadadır. Daha sənin xiffətini çəkmir. Bir gün biz hamımız ona qovuşacağıq. Mən həmişəki kimi uşaq evində işləyirəm. Burada 50 uşaq var. Lakin yaxın günlərdə Fayetdən Uşa köçəcəm.
Deniz»
Le Fayet, 5 mart 1978»
***
«Çoxdandır ki, sizə yazmıram. Zaman çox böyük sürətlə axıb gedir. Avqust ayında mən tətilə çıxacam.
Fransanın Rusiyadakı səfirliyinin ünvanını mənə de. Onlara sənin barədə məlumat verəcəm.
Anan artıq həyatda yoxdur. Onun ölümü ilə mən də əvəzolunmaz birini itirdim.
Ailənizi də mənim adımdan qucaqlayın. Sizə Fransaya aid bir əşya göndərirəm.
Le Fayet, 15 iyul 1978»
***
«Əziz İoanna və ailəsi
İllər keçir, lakin biz bir-birimizə qovuşa bilmirik. Məktubu sənə təyyarə ilə göndərməmişəm və ehtimal ki, almamısan.
Qışdır, amma hava çox da soyuq deyil. Evimiz də olduğu kimi durur. Mən sənin otağında yatıram. Evin qabağındakı zanbaqlar olduğu kimi durur. Lakin ölkə çox dəyişib və çətin ki sən onu tanıya biləsən.
Uşaqların necədir? İstəyirəm ki, mənə tez cavab yazasan.
Qardaşın Pol,
Le Fayet 4 fevral 1983»...
Səbuhi Məmmədli