Polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
APA-nın məlumatına görə, DİN-in inzibati binasında keçirilən mərasimdə daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib. Əvvəlcə F. Ələsgərov Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub. O bildirib ki, insan hüquq və azadlıqlarının qorunması daxili işlər orqanlarının əsas prioritetinə çevrilib. F. Ələsgərov deyib ki, ölkə prezidenti İlham Əliyev polisin maddi-texniki bazasının gücləndirilməsinə, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət yetirir: “Bayram ərəfəsində bir qrup polis əməkdaşının təltif edilməsi də prezidentin polisə qayğısının nəticəsidir”.
Daxili işlər naziri Ramil Usubov isə çıxışında göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinə təşəkkür edib. O ölkə prezidentini və xalqı əmin edib ki, Azərbaycan polisi ölkədə əmin-amanlığın, sabitliyin qorunması istiqamətində, cinayətkarlıqla mübarizədə bundan sonra da ayıq-sayıq olacaq.
R. Usubov görülən işlərlə bağlı ətraflı məlumat verib. O, həmçinin bildirib ki, hazırda ölkədə polisin nüfuzu yüksəkdir, bu, artan xətlə davam edir, xalqla polis arasında etimad mövcuddur.
Mərasimdə Azərbaycan prezidentinin təltif etdiyi bir qrup polis əməkdaşına orden və medallar təqdim olunub.

Oxşar yazılar

Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz qalan şəxs xilas olundu -VİDEO
1 iyul 2025 , 10:11
Yeniyetmə su kanalına düşüb
1 iyul 2025 , 09:32
Maşın vuran kişi 65 gün sonra öldü
1 iyul 2025 , 09:28
DTX dövlətə xəyanət edən şəxsi həbs etdi
1 iyul 2025 , 09:25
Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşların cənazəsi Ağcabədiyə gətirildi
1 iyul 2025 , 08:47
Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47