Mədəsindən 2 kq tük çıxan qız xəstəxanadan buraxılıb - YENİLƏNİB
Azərbaycanda mədəsindən 2 kq tük çıxan qız artıq evə buraxılıb. Cərrahiyyə yolu ilə mədəsindəki 2 kiloqram tükdən azad olan Qəbələ sakini 15 yaşlı Fatma Osmanova 7 günlük stasionar müalicə alıb. Daha sonra bu, ambulator müalicə ilə əvəzlənib.
Xəstənin həkimi, professor cərrah Fariz Camalov ANS TV-yə bildirib ki, sonrakı dövrdə də həmin xəstə ilə əlaqə saxlayacaqlar: “Məsləhət görmüşük ki, 1 aydan sonra yenə də muüayinə üçün gəlsin. Zaman-zaman müayinələri davam etdirəcəyik. Bu proses yenə də əmələ gələ bilər. Çünki bu anadangəlmə və yaxud sonradan qazanılma ola bilər. Xəstə hazırda tam normal adamlar kimidir, yəni xəstə deyil, sağlam adam kimi qidalana bilər”.
Xatırladaq ki, 15 yaşlı Fatma Osmanova valideynləri tərəfindən kəskin köp və mədə ağrıları şikayəti ilə rayonda yerləşən diaqnostika mərkəzinə aparılıb. Müayinədən sonra həkimlər onu təcili olaraq Bakıya Respublika Klinik Xəstəxanasına göndərmək qərarına gəliblər. Bakıda müayinə zamanı qızın mədəsindəki fitiobezuar, yəni tükdən ibarət bərkimiş kütlə bütün həkim heyətini dəhşətə gətirib. Kütlənin nə az nə çox, düz 2 kiloqramdan artıq çəkisi olub.
Professor cərrah Fariz Camalov bildirib ki, qız xəstəxanaya gətiriləndə mədəsində toplanan “qida” onun nəinki mədəsinin, həm də 12 barmaq bağırsağına qədər yığılaraq həmin orqanların bütün divarlarına pərçimlənib. Cərrahiyyənin ən ağır patalogiyası formasında olan qızı dərhal əməliyyat stoluna qaldırıblar. Əməliyyat ağır keçsə də, məharətli əllər mədənin və 12 barmaq bağırsağın formasını alan tük kütləsini orqandan azad edib.
Həkim izah edib ki, bu çəkidə kütlənin mədədə formalaşması isə bir neçə səbəbdən ola bilər. Birinci qazanılma, yəni uşaq saçını uda bilər. Elmdə də daha çox bu versiya üzərində dururlar. Lakin kütlənin anadangəlmə törəyə biləcəyi versiyası da var.
Onu da bildirək ki, əməliyyat zamanı həkimlər qızın orqanlarından 2 kiloqram tüklə yanaşı, onun qarın boşluğundan həm də 5 litrə yaxın çirkli maye çıxarıblar.

1193