Antalyada azərbaycanlıdan 12 min seksual həb aşkarlandı
17 noyabr 2009 16:00 (UTC +04:00)

Antalyada azərbaycanlıdan 12 min seksual həb aşkarlandı

Həmin şəxs çantasını ataraq qaçıb


Antalya Hava Limanında azərbaycanlı sərnişinin çantasında cinsi aktivliyi artıran “Çin topu” adlı preparat aşkarlanıb.


Lent.az-ın “internethaber”ə istinadən verdiyi məlumata görə, bu barədə Antalya Gömrük Mühafizə Baş Müdirliyindən bildirilib.


Belə ki, həmin qurumun Qaçaqçılıq, Kəşfiyyat və Narkotik şöbəsinin əməkdaşları yoxlanış həyata keçirərkən azərbaycanlı sərnişin çantasını ataraq qaçıb. “Çin topu” Türkiyəyə gətirilməsi qadağan olunan həblər sırasındadır.


Şöbənin əməkdaşları azərbaycanlının qoyub qaçdığı çantadan 12 289 ədəd həb tapıb.
Hazırda həblərin sahibi olan həmyerlimiz axtarılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar