İş adamının qətli ilə bağlı rəsmi məlumat yayıldı
Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan paytaxtında iş adamının qətli ilə bağlı birgə məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan Lent.az-a daxil olan məlumata görə, 2009-cu il oktyabrın 25-də saat 20.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən zibilliyin ərazisində Balaxanı-Binəqədi avtomobil yolunun sol kənarında yanmış vəziyyətdə “Azsamand” markalı avtomaşın, həmçinin içərisində avtomaşın sahibinin - 1957-ci ildə Şərur rayonunda anadan olmuş və Nərimanov rayonunda pasport qeydiyyatında olan Xanbəyi Zamanovun yanmış meyiti aşkarlanıb.
Cinayətin “isti izlərlə” açılması üçün dərhal Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq, əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinə baxış keçirilib və meyitin xarici müayinəsi aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayətin motivi, törədilmə üsulu, habelə cinayətin həyata keçirilməsində istifadə edilmiş alət və vasitələrin müəyyən edilməsi və zəruri ekspertizaların keçirilməsi üçün maddi sübutlar aşkarlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, həmin gün Balaxanı qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasında işləyən və orada yaşayan Nemət Abdullayev Xanbəyi Zamanovu qəsdən öldürmək məqsədilə, onu fermada birgə işlədiyi və ər-arvad kimi yaşadığı Samirə Əzimova ilə tanış etmək bəhanəsi ilə aldadaraq, görüşə dəvət edib. Balaxanı qəsəbəsində Nemət Abdullayev Xanbəyi Zamanovu Samirə Əzimova ilə tanış edib və Samirə Xanbəyinin idarə etdiyi avtomaşının qabaq oturacağında, Nemət isə arxa oturacaqda əyləşiblər.
Xanbəyi Zamanovdan onu maşınla fermaya qaytarmasını xahiş edən Nemət donuzçuluq fermasına gedən yolda qanunsuz gəzdirdiyi “Naqan” tipli tapança ilə boynunun arxasından bir dəfə atəş açaraq, Xanbəyini qətlə yetirib, sonra isə cinayətin izini itirmək məqsədilə avtomaşını meyitlə birlikdə benzin tökərək yandırıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Samirə Əzimova və Nemət Abdullayev cinayəti törətməkdə şübhəli bilinərək tutulub. Nemət Abdullayevdən cinayətin aləti - “Naqan” tipli tapança götürülüb. Şübhəli şəxs qismində dindirilmiş Samirə Əzimova və Nemət Abdullayev törətdikləri cinayət əməlini tam etiraf ediblər.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fərid Əkbərov

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33