Mağazadan 62 milyon dollarlıq daş-qaş oğurlandı
Biznesmen qiyafəsində mağazaya daxil olan qarətçilər 43 ədəd qiymətli zinət əşyasını aparıblar
Avqustun 6-da Londonun mərkəzində zinət əşyaları satılan “Meyfer stor” mağazası qarət olunub, 40 milyon funt sterlinq dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb. Həmin gün axşam saatlarında biznesmen kimi sarı rəngli pencək geyinmiş və qalstuk taxmış iki qarətçi taksi ilə mağazanın qarşısına gəlib. Mağazaya daxil olan qarətçilər sakitcə mühafizəçiyə yaxınlaşıblar, silahlarını çıxararaq mağazada çalışan işçilərə tuşlayıblar. Onlar 1 qadını da girov götürüblər.
Sonra isə bir neçə dəqiqə ərzində 43 qiymətli zinət əşyasını çantalarına qoyublar və mağazanın çıxışındakı insanları oradan uzaqlaşdırmaq üçün tavana iki dəfə atəş açıblar.
Bundan sonra da sarı rəngli “BMV” markalı avtomobilə əyləşərək gediblər. Qarətçilər Londonu tərk edənə qədər 3 avtomobil dəyişiblər.
İngiltərə hüquq-mühafizə orqanları qarətçilərlə bağlı beynəlxalq axtarış elan edib.

648