44 yaşlı azərbaycanlı biznesmen güllələndi
Moskvada yaşayan həmyerlimizə 15 güllə vurulub
Mayın 5-də axşam saatlarında Moskvanın Pokrovka küçəsində 44 yaşlı azərbaycanlı güllələnib. Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, qətlə yetirilən şəxs – İqbal Təhməz oğlu Nəcəfov bizneslə məşğul olurmuş.
Agentlik bildirir ki, mərhum 1995-ci ildə qəsdən adam öldürmədə şübhəli bilinsə də, sonradan istintaq onun suçsuz olduğu qənaətinə gəlib və ittihamlar üzərindən götürülüb. “Hazırda onun paytaxtda fəaliyyət göstərən azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplarla əlaqələri öyrənilir”, - deyə mənbə agentliyə bildirib.
“RİA Novosti” isə bildirir ki, İ.Nəcəfov əvvəllər ağır cinayət hadisəsinə görə məhkum olunub. Qətlə yetirilənə qədər onun Moskvada nə işlə məşğul olduğu bəlli deyil. “Life.ru” xəbər verir ki, İqbal Nəcəfovun içərisində öldürüldüyü “Mercedes GL 450” markalı avtomobil 28 yaşlı qadının adına qeydiyyatdadır.
Hadisə mayın 5-də axşam saat 23:30 radələrində “Çistıe Prudı” rayonunda, Pokrovka küçəsi 6 ünvanında baş verib. İki kişi dayanacaqda dayanmış “Mercedes”ə yaxınlaşaraq, maşında oturmuş şəxsə ən azı 15 güllə vurduqdan sonra avtomat silahları ataraq, aradan çıxıblar.
Hadisənin şahidləri yaralını xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda keçinib.
Faktla bağlı cinayət işi başlanıb.

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33