BŞBPİ “Yeni Müsavat”da dərc olunan yazıya cavab verib
“Yeni Müsavat” qəzetinin 26 oktyabr 2010-cu il tarixli sayında yer alan bir yazıda Bakı şəhəri Nizami rayonunda B.Nuriyev küçəsi 21-də yerləşən yataqxananın 21-ci otağında yaşayan Mənsurə Əliyeva şəxsiyyət vəsiqəsi ala bilmədiklərindən “qızım və mən səsvermə hüququndan məhrum olmuşuq” deyə qəzet vasitəsilə müraciət edir və sənədin alınmasında kömək istəyir.
Bakı şəhər Baş Polis İdarəsi həmi materialla bağlı məlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, məlum olduğu kimi, Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar daxili işlər naziri Ramil Usubovun əmri ilə qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri bütün respublika üzrə, eyni zamanda Bakı şəhərində gücləndirilmiş iş rejimində işləyir və əhali şəxsiyyət vəsiqələri ilə təmin edilir: “Odur ki, “Yeni Müsavat” qəzetində gedən bu materialla əlaqədar Bakı şəhər Baş Polis İdarəsində təcili araşdırmalar aparılıb və aydın olub ki, Mənsurə Əliyevanın “Suraxanı rayonunda (Hövsan qəsəbəsi, Sahil küçəsi – 10a, mənzil 22) qeydiyyatda olması, ailəsi ilə birlikdə Rusiya Federasiyasına getdikdən sonra 2007-ci ildə qeydiyyatdan çıxarılması” haqqında verdiyi məlumat həqiqətə uyğun deyil. Belə ki, vətəndaş M.Əliyeva hal-hazırda da Suraxanı rayonunda (həmin ünvanda) qeydiyyatdadır və onun namizədliyi 25 saylı Nizami seçki dairəsindən irəli sürülmüş vətəndaş Rauf Arifoğluna səs verməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, vətəndaşın qeydiyyatda olduğu dairədən səs verdiyinə görə, mümkün deyil”.
M.Əliyevanın 16 yaşına çatmış qızı Əliyeva Ülviyyə Əlövsət qızının şəxsiyyət vəsiqəsi almasına gəlincə isə, məlumatda bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 3-cü bəndinin tələblərinə əsasən, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi vətəndaşın yaşadığı yerin ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi barədə xüsusi forma üzrə doldurulmuş ərizə-anket (və s) əsasında verilir: “Əsasnamənin 4-cü bəndinin tələblərinə əsasən isə 16 yaşına çatmış vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə-anket, bir qayda olaraq, valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır. Göstərilən halda isə, 16 yaşına çatmış Ü.Əliyevanın atası, qəzetdə də verildiyi kimi, 4 ildir ki, bilinmir haradadır, anası M.Əliyevanın isə şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün anket-ərizəni imzalamaq hüququ yoxdur. Odur ki, vətəndaş M,Əliyevaya qızı Ü.Əliyevava şəxsiyyət vəsiqəsi almaq üçün ilk öncə Suraxanı rayonunda qeydiyyatda olduğu ərazi üzrə qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə müraciət edib özü üçün şəxsiyyət vəsiqəsi alması tövsiyə olunub”.

469