“Dövlət və Din” ictimai fikir toplusunun yeni sayı çapdan çıxdı
26 oktyabr 2010 16:29 (UTC +04:00)

“Dövlət və Din” ictimai fikir toplusunun yeni sayı çapdan çıxdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun 2010-cu ildə 5-ci sayı işıq üzü görüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,
toplu Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki ilə açılır.

Əvvəlkilərdən fərqli olaraq, bu sayda rus dilində iki məqalə verilib. “Azərbaycan gerçəkliyi” adlı ikinci bölmədə oxucular “Təktanrılıq - Dədə Qorqud dindarlığı”, “Azərbaycan türkcəsində ilk Quran təfsiri”, “Şahdağ xalqları: toy adətləri, yas mərasimləri”, “Azərbaycan ədəbiyyatının əlyazma mətnlərində mərsiyə janrı” yazıları ilə tanış ola bilərlər.

“Cəmiyyət və din” rubrikasında Musa Quluzadənin “Sovet hakimiyyətinin Azərbaycanda dini ayinlərə və mərasimlərə qarşı mübarizəsi”, Kamil Qurbanlının “Geopolitik maraqların həyata keçirilməsində din amili”, Vasif Sadıqlının “İlham nədir?”, Səlahəddin Xəlilovun “İslam dünyasında elm: Şərq və Qərb dəyərləndirmələrində təzadlar” yazıları yer alıb.

Toplunun ənənəvi “Tarixə pəncərə” bölməsində “Nəriman Nərimanovun milli ruhlu publisistikasına dair”, “Svastika həqiqətləri” və “Həlak edilmiş qövmlər” başlıqlı məqalələr var. “İslam həqiqətləri” rubrikasında isə Fərid Ələkbərlinin “Orta əsr İslam təbabəti daxili orqanların təmizlənməsi haqqında”, Könül Bünyadzadənin “Ən yeni İslam fəlsəfəsində vəhdətçilər”, Zəkiyyə Əbilovanın “İslamda qəbir həyatı” yazıları dərc edilib.

Toplunun bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin davamı dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar