Zaqatala Qoruğunda yük maşını aşdı: 2 ölü, 1 yaralı
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə oktyabrın 1-də saat 01-00 radələrində Zaqatala Dövlət Təbiəti Qoruğunun “Arkimal” adlanan sahəsinin 155 nömrəli kvartalında qeydə alınıb.
Balakən rayonu Qullar kənd sakini, 1971-ci il təvəllüdlü Nağıyev Sahib Kamal oğlu idarə
etdiyi “Ural” markalı, dövlət nömrə nişanı olmayan yük maşınını adı çəkilən ərazidə dərəyə aşırıb. Baş vermiş qəza nəticəsində yük maşının sürücüsü Sahib Nağıyev və maşında olan sərnişin, rayonun Mahmalar kənd sakini, 1987-ci il təvəllüdlü Varşayev Vüsal Şaban oğlu hadisə yerində keçinib.
Yük maşınında olan digər sərnişin, Mahmalar kənd sakini, 1988-ci il təvəllüdlü Xanpəriyev Sultan Şəmsəddin oğlu aldığı bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun durumunun yüngül olduğu bildirilir.
Baş vermiş qəza ilə əlaqədar Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45