Türkiyə minatəmizləmədə Azərbaycan modelin öyrənir
25 sentyabr 2010 19:27 (UTC +04:00)

Türkiyə minatəmizləmədə Azərbaycan modelin öyrənir

Bu barədə Lent.az-a ANAMA-nın Əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.

A.Aslanovun sözlərinə görə, ərazi tarixi şəhər olduğundan minatəmizləmə işləri çox ehtiyatla və dəqiqliklə aparılır: “Əraziyə minalar 1950-ci illərdə basdırılıb. Sonralar da dəfələrlə minalanma aparılıb. Tarixi ərazi olması və həddən artıq qədim tarixi burada işlərin ehtiyatlı aparılmasını tələb edir. Bu da işlərin sürətinə təsir göstərir. Türkiyə heyəti bu sahədə işlərə yeni başlasalar da onların işini normal qiymətləndirmək olar”.

A.Aslanov bildirib ki, “Nokta” şirkəti ərazidə əməliyyatları başa çatdırdıqdan sonra ANAMA tərəfindən ən azı 3 ay ərzində keyfiyyət yoxlaması aparılacaq və təmizlik barədə sertifikat veriləcək.


ANAMA nümayəndəsinin sözlərinə görə, bu günədək 663 min kvadrat metrlik tender sahəsinin 452 108 kvadratmetri təmizlənib. Əməliyyatlar zamanı 758 ədəd tank əleyhinə mina, 81 ədəd piyada əleyhinə M2A1 və 181 ədəd topuq qoparan M14 minası tapılaraq zərərsizləşdirilib.


A.Aslanov Türkiyənin humanitar minatəmizləmə işlərində Azərbaycanın təcrübəsinin tətbiqinə maraq göstərdiyini də qeyd edib: “Türkiyə piyadalar əleyhinə minaların ləğv edilməsinə dair Ottava Konvensiyasını imzalayıb. Götürdüyü öhdəliyə əsasən 2014-cü ilə qədər Suriya ilə 900 km sərhədi və digər minalı sahələri təmizləməlidir. Aparılan söhbətlərdən belə deyə bilərəm ki, Türkiyə tərəfi humanitar minatəmizləmə işlərində ANAMA-nın modelindən istifadə etmək niyyətindədir”.

A.Aslanov həmçinin əlavə edib ki, bu yaxınlarda Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi ANAMA-da minatəmizləmə işləri ilə tanış olub, bununla bağlı fikir mübadiləsi aparıb. Türkiyə rəsmiləri ANAMA modelinin humanitar minatəmizləmə sahəsində ən effektiv model hesab etdiklərini deyiblər.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar