Gəncədə avtomobil qəzası: 1 yaralı
20 sentyabr 2010 15:29 (UTC +04:00)

Gəncədə avtomobil qəzası: 1 yaralı

Sentyabrın 19-da Gəncənin Nəriman Nərimanov prospektində Goranboy rayondakı N saylı hərbi hissənin tağım komandiri, 1978-ci ildə Salyan rayonunda anadan olan Quliyev Pərviz Fərhad oğlunun idarə etdiyi «Mercedes markalı», 10 NL 220 dövlət nömrə nişanlı avtomobil, Kəlbəcər sakini, Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasında yaşayan 1960-cı il təvəllüdlü Qasımov Zəfəndar Cəmil oğlunun idarə etdiyi «QAZ 031» markalı, 57 BM 040 dövlət nömrə nişanlı avtomobillə toqquşub.



Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, qəza nəticəsində «QAZ 031» markalı avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Qasımova Çinarə Zəfəndar qızı xəsarət alıb. Çinarə Qasımova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Qəza zamanı eyni istiqamətdə hərəkət edən digər avtomobillər - «VAZ 21011» markalı 02 BE 948 nişanlı və «Mercedes» markalı, 10 ND 372 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə də ziyan dəyib.


Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar