BQXK erməni kəşfiyyatçı ilə bağlı Azərbaycanın rəsmi qurumlarına müraciət edib
Bu barədə APA-ya BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, saxlanılan erməni əsirin ailəsi qurumun Ermənistan nümayəndəliyinə müraciət edərək, onun taleyinə aydınlıq gətirilməsini xahiş edib. Həmin müraciət əsasında BQXK Azərbaycanın aidiyyəti qurumlarına sorğu göndərib. Sorğuya cavab verən Azərbaycanın rəsmi qurumları Ermənistan vətəndaşının Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanması faktını təsdiqləyib.
Qeyd edək ki, sentyabrın 11-də saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət erməni təxribat qrupunun növbəti hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.
Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.
Ermənistan Müdafiə Nazirliyi isə Manvel Sarıbekyan adlı hərbçinin əsir düşməsi barədə məlumatları təkzib edib.

Oxşar yazılar

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14