AKU-nun rektoru: “Rövşən Məmmədovu mən tutmamışam”
Azərbaycan Kooperasiya Universitetinin (AKU) rektoru Eldar Zülfüqarov köməkçisi Rövşən Məmmədov barədə məlumatlı deyil. Eldar Zülfüqarov bunu Lent.az-ın müxbiri ilə söhbətində bildirib.
Rektor söyləyib ki, Rövşən Məmmədov universitetə gəlməyib və onunla əlaqə saxlamayıb: “Rövşənin tutulduğu barədə mən də müxtəlif yerlərdən eşitmişəm, amma dəqiq nələr olub-bitdiyini bilmirəm”.
Müxbirin suallarını cavablamadan boyun qaçıran Eldar Zülfüqarov “onu mən tutmamışam ki, məndən müsahibə alırsınız, gedin kim tutub ondan soruşun” - deyərək, ətraflı danışmayıb.
AKU-nun Humanitar Məsələlər üzrə prorektoru və mətbuat katibi İlham Vəliyev isə Rövşən Məmmədovun tutulması barədə ilk dəfə dünən (14 sentyabrda) Lent.az-dan oxuduğunu söyləyib. İlham Vəliyev R.Məmmədovun özü ilə əlaqə saxlamadıqlarını və onlarda bu barədə heç bir məlumat olmadığını söyləyib.
Lent.az-ın sentyabrın 14-də verdiyi xəbərdə AKU-nun rektor köməkçisi Rövşən Məmmədovun rüşvətə görə istintaqa cəlb olunduğu yazılmışdı. Lent.az-a daxil olan digər məlumatda isə Rövşən Məmmədovun tutulduğu bildirilib.
Vüqar Baba

Oxşar yazılar

Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00