Bakıda donub ölən fəhlələrin müdhiş hekayəti – TƏFƏRRÜAT
Bakının Qaradağ rayonundakı daş karxanasında fəhlə işləyən iki nəfərin donvurmadan ölməsi xəbəri artıq çoxlarına məlumdur. Lent.az hüquq-mühafizə orqanlarının əməkdaşlarından hadisənin təfərrüatlarını öyrənib.
Fəhlələrin ölüm xəbəri fevralın 8-də yayılsa da, əslində hadisə 3 gün əvvəl – fevralın 4-də baş verib. Belə ki, daş karxanasında işləyən 8 nəfər fəhlə evə – Balakən rayonuna dönmək istəyib. Onlar həmin o müdhiş gecədə karxanadan çıxaraq avtobus dayanacağına tərəf irəliləyib. Təxminən 500 metr gediblər. Qarlı çovğunda irəliləməyin çətin olduğunu görən fəhlələrdən biri “burda aza da bilərik, həm də getmək olmur, gəlin geri qayıdaq” təklifini verib. Fəhlələrdən 5 nəfəri bir qədər fikirləşərək razılaşıb. İki nəfər – 40 yaşlı Hudunov Şəhmir Əli oğlu 36 yaşlı Əhmədilov Hüseyn Tanağamoğlan oğlu isə onlarla razılaşmayıb. Onlardan biri övladları üçün darıxdığını, digəri isə “xəstəm var, rayona pul çatdırmalıyam” deyərək həmyerlilərilə xudahafizləşib.
Beləliklə, 6 fəhlə karxanaya qayıdıb. Şəhmirlə Hüseyn isə yollarına davam edir. Bu minvalla daha bir kilometr yarım gedirlər... Ancaq xaraba qalmış Çənlibel elə bir yerdir ki, burda hətta yayda da azmaq olar: düz-düzəngahlıqdır; yay fəslində də burada külək əsir!
Təsəvvür edin: hər yan qara bələnib, indi də bərk qar yağır, çovğundur və 15-20 metr uzağı görmək mümkün deyil. Özü də adi vaxtda belə, ucu-bucağı görünməyən bu düzəngahda azmaq olardı. Fəhlələrin bu çovğunda azmamaq şansı o qədər az idi ki! Artıq Şəhmirlə Hüseyn həmin o cüzi şanslarının itdiyini hiss edirdi: onlar azdıqlarını və buradan köməksiz çıxa bilməyəcəklərini anlamışdılar.
Düzəngahda kiçik təpəcik var. Onlar “heç olmasa küləkdən qorunarıq” deyib, o təpəciyə sığındılar. Hüseyn mobil telefonunu götürüb, qardaşına zəng vurdu. Əslində bilirdi ki, qardaşıgilin onları tapması da mümkünsüz kimi bir şeydir. Ancaq son ümidi idi! Başqa nə edəcəkdi ki?!
Zəng vurub “biz Çənlibeldəyik, azmışıq, kömək eləməsəniz, burda öləcəyik” deyir. Qardaşı başılovlu onları axtarmaq ümidiylə evdən çıxır. Çox əziyyət çəkir: axtarır, axtarır, ancaq tapa bilmir. Ağ örpəyə bürünmüş böyük düzəngahda adam tapmaq olardı? Beləliklə, Hüseyn və Şəhmir itkin düşmüş sayılır...
Onların meyiti düz üç gün sonra – fevralın 7-də tapılır: təpəciyə sığınmış, üstü qarla örtülmüş iki cəsəd! Üzərlərinə baxış keçirilərkən isə ciblərindən pul tapılıb; çox adama böyük, bəzilərinə kiçik görünən məbləğdə: hərəsinin cibindən 50 manat...
Pərvin ABBASOV

827