Atanın əmri ilə qardaş bacısını öldürdü
29 dekabr 2009 18:45 (UTC +04:00)

Atanın əmri ilə qardaş bacısını öldürdü

Almaniyanın Hollandiya ilə sərhəddində yerləşən Kleve şəhərinin Ris qəsəbəsində dramatik qətl hadisəsi baş verib. Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, qətlə yetirilən 20 yaşlı Gülsüm Seminin 50 yaşlı atası Yusuf Semin Kleve Ədalət Məhkəməsi tərəfindən ömrülük həbs cəzasına məhkum edilib.

Bacısı Gülsümü öldürən 19 yaşlı Davut Semih gəncliyi nəzərə alınaraq 9 il yarım müddətinə azadlıqdan məhrum olunub.

Qətli yerinə yetirməkdə Davut Semihə kömək edən, adı açıqlanmayan azərbaycanlıya (37 yaş) isə 7 il yarım müddətinə həbs cəzası kəsilib.

Gülsümün qətlə yetirilmə səbəblərinə gəlincə, qız sevgilisindən hamlə qalıbmış. Sonra isə bunu gizli saxlamaq üçün abort etdirib. Lakin ata qızıyla bağlı məsələni öyrənərək oğluna “bacın ailəmizin namusunu ləkələyib, get onu öldür, bu ləkəni təmizlə” deyib.

Davut da atasına “baş üstə” deyərək evdən çıxıb.

O, bu il martın 2-də bir azərbaycanlıyla birgə bacısına tələ quraraq onu tutub, sonra isə ağac parçalarıyla döyərək öldürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21