İctimai nəqliyyatda qeyri-ictimai leksika - SİYAHI
29 dekabr 2009 16:30 (UTC +04:00)

İctimai nəqliyyatda qeyri-ictimai leksika - SİYAHI

Beş addım yolu piyada getməyə canları çıxır.

Bakıda ictimai nəqliyyatın işinin nə səviyyədə təşkil olunduğu barədə söhbət açmaq lüzumsuzdur. Bütün yaxşı və pis hallar göz qabağındadır, baş verənlərə hamımız hər gün şahidlik edirik. Təkcə onu qeyd etmək istərdim ki, Bakıda ictimai nəqliyyat Tiflislə müqayisədə yumşaq desək bərbad vəziyyətdədir. Qonşu respublikanın paytaxtında avtobusda «pres getmək», dayanacaqdan kənarda saxlamaq, yaşlı sərnişinə yer verib-verməmək və ya sərnişin çağırmaq kimi Bakının ictimai nəqliyyatına xas olan, sovetdən qalma əbədiyaşar problemlərə rast gəlinmir.

Bugünkü mövzumuz isə ictimai nəqliyyatda istifadə olunan leksikadır. Bu yazıda söz açacağımız ifadələr heç bir lüğətdə əks olunmayıb. Arzu edərdik ki, Avropa dillərində olduğu kimi, Azərbaycan dilinin də qeyri-standart leksikasının əks olunduğu lüğətlər tərtib olunsun (Rasim Qaraca bu sahədə ilk addımı atıb) və hətta bu leksikanın tədrisi Avropadakı kimi ali məktəb proqramına salınsın. Başqa cür desək, jarqon, loru sözlər və peşə leksikasına münasibətdə sovet (kolxoz) təfəkküründən əl çəkməyin vaxtı yetişib.

Beləliklə, ictimai nəqliyyatda tez-tez rast gəlinən ifadələr:
Filankəs mənim dal/qabaq maşınımdır
Filan şofer dartanşikdir (dartır da deyən tapılır). Antonimi: filankəs qaçır
Manatdan 3 nəfər çıx
Yolu/svetoforu keç saxla
Kruqda/povorotda saxla
Sənə demirəm saxlaaa!
İcazə ver düşək
Cavanlar oturub, qocalar durub ayaq üstə
Beş addım yolu piyada getməyə canları çıxır
Xırdası olan varsa versin
Minənlər ortaya keçsin/qapının ağzından keçin
Gəl Azneft, Bayıl, Dvadsatı, Sədərək/Binə (Lent.az-ın ofisinin qarşısında)
Xarici dillər (1 saylı tədris korpusu nəzərdə tutulur), Drujba, Azadlıq, Sedmoy, Vasmoy (Milli Bankın qarşısında)
Mehriban olun
Orta bomboşdur
Qapının ağzında durmayın/qapıdan keçin
Arxadan düşənlər!
90 və 95 saylı avtobusların sərnişinləri bu ifadəni hər gün eşidirlər: 28-də düşənlər düşsün, qabaqdan (svetofordan) sağa dönürük
Düşənlər qabağa gəlsin
Metroda düşənlər gəlsin
Təfəkkürdə düşən kim idi
İnterval yığmaq
5 dəqiqə ilə tərpən, Gənclikdə (misal üçün) yatarsan
Dal maşın gəlib dirənib
Filankəs mənim qabağımı yığa-yığa gəldi
Filankəsi Nərimanova qədər boş apardım/sürüdüm
İtin balasıdı (... yalan deyən, bu ölsün) Gənclikdən bura 2 manata gəlmişəm (10 sərnişin daşımışam mənasında)
Tərpən 44 gəlir!
20 Yanvardan AZİ-yə pres gəldim
Kubik (böyük avtobusların meydana çıxması ilə bu söz tədricən arxaikləşir)
Düşənlər qabağa gəlsin
Xarici dillərdə (2 saylı tədris korpusu, Təbriz 49) düşənlər gəlsin
Gənclikdə oblava var
Gediş haqqı yaddan çıxmasın
Düş verirəm
Bir nəfər də qabaqda düşəcək
Mənimkini veriblər
Asta ol, ka(ə)rtof daşımırsan!
Sənə prava verənin!
İndikilər oxumur ki, pul verib prava (kateqoriya) alırlar

Metroda da məxsusi ifadələr az deyil:
İkinci vaqon qapını burax
Qapıyla oynama
Qatara minməyə (minib düşməyə) tələsin
Qatar (Nərimanov stansiyasından) depoya gedir
Sumka yoxlayıram
Aç içinə baxım

Sürücülərin qarğışları da işlə əlaqədardır:
Plana işləyəsən!
Təkərin partlasın!

QEYD. Müəllif Bakı kəndlərinə işləyən marşrutlardan istifadə etmədiyi üçün oradakı sərnişin və sürücülərin leksikasından bixəbərdir.

Sözardı

Nəqliyyatda vəziyyət normallaşdıqdan sonra bu ifadələr də leksikonumuzu tərk edəcək. Çünki bu ifadələrin heç biri nəqliyyatın yaxşı işinin göstəricisi deyil.

Eşitdi və topladı: Vüqar Ələsgərov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05