Gürcüstan vətəndaşının “TIR”-i Bakı-Qazax yolunda yanıb
24 noyabr 2012 02:32 (UTC +04:00)

Gürcüstan vətəndaşının “TIR”-i Bakı-Qazax yolunda yanıb

Bakı-Qazax yolunda yük avtomobili yanıb. APA-nın məlumatına görə hadisə bu gecə saat 23 radələrində yolun 158-ci kilometrliyində, Kürdəmirlə Hacıqabul rayonları arasında qeydə alınıb.

Gürcüstan vətəndaşı Robert Kakutiyanın idarə etdiyi YZY553 nömrə nişanlı “TIR” maşınının mühərrikində başlanan yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı xəsarət alan olmasa da maşın yanaraq yararsız hala düşüb. Məlumata görə bu yük maşını banan daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar