Pakistanda partlayış:  5 nəfər həlak olub
03 noyabr 2012 20:41 (UTC +04:00)

Pakistanda partlayış: 5 nəfər həlak olub

Bu, talibana qarşı mübarizə aparan özünümüdafiə dəstələrinin başçılarına qarşı üçüncü olaydır

Pakistanın Şimal-Qərbində Xeybər-Paxtuekva əyalətində minalı motoskleti idarə edən intiharçı yolda özünü partladıb.

Lent.az-ın məlumatına əsasən, partlayış nəticəsində 5 nəfər həlak olub. Onların arasında talibana qarşı mübarizə aparan özünümüdafiə dəstəsinin başçısı Fateh xan da var.

Bu son həftə ərzində qurtuluşçu dəstə başçılarına qarşı təşkil olunan üçüncü hadisədir.

Əyalətin rəhbərliyi bir müddət öncə yerli əhalini talibana qarşı mübarizə aparmaq üçün fəallıq göstərməyə və təşkilatlanmağa çağırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar