Vilayət Eyvazov: “Vətəndaşlarımıza müraciət edirəm ki…”
02 noyabr 2012 13:39 (UTC +04:00)

Vilayət Eyvazov: “Vətəndaşlarımıza müraciət edirəm ki…”

Milli Məclisin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunub. Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Fazil Mustafa deyib ki, insan alveri yoxsulluq və işsizlikdən qaynaqlanır. Fazil Mustafa bildirib ki, insan alverinə yol açan bu səbəblərin aradan qaldırılması üçün Azərbaycanda yetərincə iş görülmür. Onun sözlərinə görə, məcburi əməyə cəlb edilən uşaqların valideynləri qınaq obyekti olmalıdır və bununla bağlı hər televiziyada verilişlər verilə bilər.


Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanda insan alverinə qarşı effektli mübarizə aparılır və Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun təqdim etdiyi hesabat da bunu təsdiqləyir. Millət vəkili Sabir Rüstəmxanlı da hesabatın real vəziyyəti əks etdirən şəkildə hazırlandığını dilə gətirib. Onun sözlərinə görə, insan alveri qurbanları üçün ayrılan vəsaitin son illərdə 30 manatdan 400 manata qaldırılması ciddi addımdır.

Millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məcburi əməyə cəlb edilən uşaqların valideynlərinin məsuliyyətə cəlb olunmasının təqdir edilməli olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva ölkə daxilində və xaricində qadının satılmasının bir fərqi olmadığını, bu əməllərlə məşğul olan insanlara eyni cəza verilməsini zəruri sayıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli insan alverinin tək hüquqi məsələ olmadığını vurğulayıb: “Bu, sosial problemdir. Hüquq bu məsələnin ən son həlli mərhələsidir. Yeri və beynəlxalq təşkilatlarla çox səmərəli mexanizm qurulub və bu, yaxşı haldır. Beynəlxalq təşkilatların hesabatlarına da diqqət yetiririk. ABŞ Dövlət Departamentinin 2011-ci il hesabatında Azərbaycanda 2-ci qrup nəzarət ölkələri siyahısında olub və bu, elə də yaxşı hal deyil” .


Millət vəkillərinin çıxışına münasibət bildirən Vilayət Eyvazov deyib ki, vətəndaşların insan alveri sahəsində mübarizəyə dəstək verməsi müsbət nəticə ortaya qoyulmasına səbəb olub: “Ancaq məcburi əməklə bağlı məsələyə gəlincə, burada işə götürənlə işləyən arasında gizli razılaşma olur. Bu sahədə miqrasiya və digər məsələlər də var. Yoxlama keçirilən şirkətlərə bununla bağlı xəbərdarlıqlar etdik. 2013-cü ildə daha sərt addımlar atılacaq, ciddi ölçülər götürüləcək. QHT-lər və vətəndaş cəmiyyəti institutlarının da bu məsələdə bizə köməyi lazımdır. 102 telefon xidməti günün 24 saatı fəaliyyət göstərir və vətəndaşların müraciətinə baxılır. Vətəndaşlarımıza müraciət edirəm ki, insan alveri və məcburi əməklə bağlı bizə müraciət etsinlər”.


Vilayət Eyvazov qeyd edib ki, Azərbaycanda fahişəliyə cəlb etməklə fahişəliklə məşğul olmaq məsələsi ayrı-ayrı induqatorlarla müəyyənləşdirilir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsverməyə çıxarılaraq qəbul edilib.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21