Bakıda sərnişin avtobusları toqquşdu: yaralılar var - SİYAHI
02 noyabr 2012 09:41 (UTC +04:00)

Bakıda sərnişin avtobusları toqquşdu: yaralılar var - SİYAHI

Bu gün səhər saat 8 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində sərnişin avtobuslarının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Sabunçu-Zabrat yolunda iki ortatutumlu sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Qəzadan sonra yolda böyük tıxac yaranıb.

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, “Daewoo” və “İsuzu” markalı avtobusların toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan ikisinin vəziyyəti daha ağırdır.

Faktla əlaqədar araşdırmalar başlanılıb.

***

3 saylı Şəhər Klinik Xəstəxanasından Lent.az-a verilən məlumata görə, avtobus qəzasından sonra xəstəxanaya 7 nəfər gətirilib. Yaralılar bunlardır:

İbrahimova Gülniyar Bayram qızı 51 yaş
Babayeva Naibə Maşallah qızı 39 yaş
Atamoğlanova Zümrüd Əlixan qızı 47 yaş
Təhməzov Elşən Mirzə oğlu 43 yaş
Kərimov Sarvan Ağahəsən oğlu 55 yaşl
Kərimov Fərid Kərim oğlu 24 yaş
Adıgözəlov Əli Cəmil oğlu 28 yaş

Yaralılardan F.Kərimov reanimasiyaya yerləşdirilib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5685

Oxşar yazılar