Bakıda avtobus sürücüsü hirslənib vətəndaşı döydü – TƏFƏRRÜAT
01 noyabr 2012 17:06 (UTC +04:00)

Bakıda avtobus sürücüsü hirslənib vətəndaşı döydü – TƏFƏRRÜAT

Noyabrın 1-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində marşrut avtobusu sürücüsü ilə vətəndaş arasında dava düşüb. 8-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1955-ci il təvəllüdlü Zeynalov Rauf Zeynal oğlu baş vermiş olayla bağlı müraciət edib. Şikayətçi bildirib ki, 51 saylı orta məktəbin qarşısında 120 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu onun idarə etdiyi “Mercedes” markalı minik avtomobilini sürtüb. Bundan sonra R.Zeynalov məsələni aydınlaşdırmaq üçün avtobusun sürücüsünə yaxınlaşıb. Lakin tərəflərin söhbəti alınmayıb və avtobusun sürücüsü əsəbiləşərək R.Zeynalovun avtomobilin yan şüşələrini sındırıb. Daha sonra isə o, 57 yaşlı kişini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Araşdırmalar nəticəsində məlum olub ki, dava salan avtobus sürücüsü Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Eyvazov Balasən İldırım oğludur.

Xuliqanlıq faktı üzrə araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3043

Oxşar yazılar