Tibb Universitetində yanğın söndürüldü - FOTO
01 oktyabr 2012 12:47 (UTC +04:00)

Tibb Universitetində yanğın söndürüldü - FOTO

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğın ocaqlarının tamamilə söndürülməsi üçün tədbirlər görülür. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir.


Məlumata görə, yanğın başlanan zaman içəridə fəhlələr olsa da, onlar binanı tərk edə biliblər.

Xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, hadisə barədə xidmətə ilkin məlumat 9.30 radələrində daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Ə. Novruzov deyib ki, yanğın Səhiyyə Nazirliyi tərəfindən Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxananın ərazisində yeni inşa olunan 13 mərtəbəli binanın yuxarı mərtəbələrində başlayıb. Yanğın zamanı hadisə yerində olan 10-dan çox fəhlə FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Binanın 200 kvadrat metr ərazisi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Hazırda yanğının hansı səbəbdən baş verməsi barədə araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3233

Oxşar yazılar