«Oktyabrın 1-də  Gürcüstanın gələcəyi həll olunur”
30 sentyabr 2012 01:29 (UTC +04:00)

«Oktyabrın 1-də Gürcüstanın gələcəyi həll olunur”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezident Ozurqeti seçiciləri ilə görüşündə bildirib.

“Bizə sizin köməyiniz lazımdır. Biz istəyirik ki, siz qonşularınızla da danışasınız. Onlara başa salmaq lazımdır ki, hamımız bir olub möhkəmlənmək və birlikdə ayağa qalxmaq lazımdır. Çünki hakimiyyətin yox, Saakaşvilinin vəzifəsi yox, azad Gürcüstanın taleyi, gələcək olacaq, ya olmayacaq məsələsi həll olunur. Buna görə də biz qələbə qazanmaya bilmərik. Sabah yox, o birisi gün Gürcüstan öz sözünü deyəcək. Bizim sözümüz güclü söz olacaq. Elə bir söz ki, Gürcüstanın tarixinə yazılacaq”- deyə, Saakaşvili bildirib.

Prezident Gürcüstanın Avropa yolu ilə getdiyini də bəyan edib: “Bütün ölkə Avropa yolu ilə gedir. Gürcüstanda Avropa ilə vizasız gediş-gəliş olacaq. Ölkəmiz NATO-ya üzv olmaq üçün real namizəd olacaq. Son günlər ölkədə hakimiyyətə qarşı Rusiya metodu ilə mübarizə gedir. Lakin heç kim gürcü xalqının gələcəyini pulla ala bilməz və təxribatla ona təsir edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar