Füzulidəki qəza bir ailənin həyatına son qoydu –  YENİLƏNİB  – SiYAHI
29 sentyabr 2012 20:05 (UTC +04:00)

Füzulidəki qəza bir ailənin həyatına son qoydu – YENİLƏNİB – SiYAHI

Bu gün günorta saatlarında Hacıqabul-Mincivan magistral yolunun 151-ci kilometrində, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş vermiş qəzada 6 nəfər həlak olub, 3 nəfər xəsarət alıb. Füzuli rayon Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, hadisə VAZ-2107 markalı avtomaşının “Skoda Siat İbiz ” markalı avtomobilin yoluna çıxması nəticəsində baş verib.

Hadisə zamanı “Skoda” da markalı avtomobildə olan bir ailənin 4 üzvü həlak olub, 3-ü isə yaralanıb. Həlak olanlar 1969-cu il təvəllüdlü İsmayılova Şövkət Abdulla qızı, 1997-ci il təvəllüdlü Məmmədova Tünzalə Habil qızı, sürücü Məmmədov Famil Habil oğlu və 2 aylıq körpə Əliyev Murad Elvin oğlu yerindəcə keçinib.

Həmin avtomobildə olan 3 nəfər yaralı - Əliyev Elvin Allahverdi oğlu (1987), Məmmədova Lamiyə Habil qızı (1994), Məmmədov Vüsal Habil oğlu (2002) dərhal Füzuli rayon Mərkəzi xəstəxanasına yerləşdiriblər. Ağır travma alan xəstələrin vəziyyətləri ağırdır. Həlak olanlar və yaralananlar bir ailənin üzvləridir.

Həlak olan digər iki nəfər isə VAZ -2107” markalı avtomobildə olan İsmayılov Afiq Firuddin oğlu və avtomobili idarə edən 1989-cu il təvəllüdlü Quliyev Sərvər Tapdıq oğludur.

Rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

29 Sentyabr 2012 18:10

Bu gün günorta saatlarında Azərbaycanın Füzuli rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Hacıqabul-Mincivan magistral yolunun 151-ci kilometrində, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş vermiş qəzada 6 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

Hadisəni APA-ya təsdiqləyən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, hadisə VAZ-2107 markalı avtomaşının “Skoda” markalı avtomobillə toqquşması nəticəsində baş verib. Hadisə zamanı 6 nəfər (5 nəfər hadisə yerində, 1 nəfər sonra) ölüb, 3 nəfər isə yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5624

Oxşar yazılar