Xəzərdə batan balıqçı xilas edilib
Bakıda 1 nəfər şəxs balıq tutarkən batmaq təhlükəsiz ilə üzləşib. Lent.az-ın Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dünən nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda avarlı qayıqla dənizə çıxmış 1 nəfər balıqçı (Türkan sularda xilasetmə postundan 400 m sola, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:45-də başa çatıb.

925