Gülər Əhmədovanın səhhəti yaxşılaşır
29 sentyabr 2012 11:30 (UTC +04:00)

Gülər Əhmədovanın səhhəti yaxşılaşır

Millət vəkilinin qardaşı İlqar Mikayıloğlu Lent.az-a açıqlamasında bildirib ki, hazırda Gülər Əhmədova özünü nisbətən yaxşı hiss edir: “Əvvəl-əvvəl danışa bilmirdi. İndi əvvəlkinə nisbətən yaxşılaşıbdır. Çox hərəkət edə bilməsə də, otura bilir. Tam yaxşılaşdığını deyə bilməsəm də, qismən müsbətə doğru dəyişiklik var. Mən axşam onun yanına getmişdim. Mütəmadi olaraq həkim nəzarət edir. Ona hansı diaqnoz qoyulduğunu isə mən bilmərəm. Həkimlər daha yaxşı bilər”.

Qeyd edək ki, dünən Gülər Əhmədovanın iki dəfə insult keçirilməsi xəbəri yayılıb. Lakin, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında xəbəri təkzib edərək bildirib ki, Gülər Əhmədovada heç bir insult əlaməti olmayıb. Ona beyin-qan dövranının keçib gedən pozulması, sonuncu dəfə isə ona gərginlik fonunda gedən nevrotik reaksiya diaqnozu qoyulub.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4695

Oxşar yazılar