Sevinc Babayeva işdən çıxarıldı
Deputat Gülər Əhmədova ilə bağlı qalmaqalda M.Ə.Sabir adına şəhər kitabxanasının direktoru Sevinc Babayevanın da adı keçir. Məlum videomaterialda S.Babayeva fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin deputat mandatı qazanması üçün vasitəçilik edən şəxs kimi təqdim olunub.
“Sevinc Babayeva hüquq-mühafizə orqanları tərəfindən dindirilir”.
Bu barədə Modern.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayev məlumat verib. Onun sözlərinə görə, S. Babayeva artıq bir neçə gündür ki, işə də gəlmirdi: “O, məlum videogörüntünün yayılmasından sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilir”.
S. Rzayev onu da bildirib ki, Sevinc Babayeva artıq işdən də azad olunub: “Bizimlə müqaviləsi oktyabrın ortalarına qədər idi. O, öz işində nöqsanlar buraxdığı üçün biz müqaviləni vaxtını uzatmadıq. Əslində müqaviləyə görə, o, iş başında olmalı idi, artıq işə gəlmir”.
Dünənədək M.Ə.Sabir adına kitabxananın direktoru vəzifəsində çalışan S. Babayeva Gülər Əhmədovanın rüşvət qalmaqalında vasitəçi kimi çıxış edib.

5547