Gülər Əhmədovanı nə gözləyir? - EKSPERT RƏYİ
Bunu Gülər Əhmədova və Elşad Abdullayevin videosu ilə bağlı başlanılan cinayət işini şərh edən “Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri, vəkil Müzəffər Baxışov deyib. M. Baxışov dələduzluq cinayətinin mahiyyətinin özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə mənimsəməkdən ibarət olduğunu deyib: “Əslində, dələduzluq oğurluq cinayətidir. Lakin oğurluqdan fərqi odur ki, burada zərərçəkmiş əmlakını könüllü verir. Yəni sən onu inandırırsan, o da əmlakını sənə verir. Cinayət Məcəlləsinə görə, xeyli miqdarda əmlak dedikdə 1000 manatdan 7 min manata qədər, külli miqdar dedikdə isə 7 min manatdan artıq məbləğin nəzərdə tutulur. Dələduzluğun külli miqdarda ziyan vurmaqla törədilməsi də Cinayət Məcəlləsinin 178.2.3 cü maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutur. Bəziləri deyir ki, bu, rüşvət almadır. Lakin bu düzgün deyil. Çünki deputat hakimiyyət nümayəndəsi və vəzifəli şəxs hesab olunur. Lakin deputatın kimisə deputat seçmək səlahiyyəti yoxdur. Bu səlahiyyət konkret dairədə yerləşən seçicilərə məxsusdur. Deputatı da seçicilər seçməlidir. Rüşvətxorluqla bağlı cinayətlərdə bu həmin şəxsin səlahiyyətində olan məsəllər olmalıdır. Ona görə də hesab edirəm ki, bu mərhələdə 178.2.3 maddəsi ilə cinayət işi başlanması düzgündür. Əgər Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb olunması zərurəti meydana gəlsə, o zaman Konstitusiyanın 90-cı maddəsi tətbiq olunmalıdır. Yəni deputatın toxunulmazlıq hüququ olduğu və bu hüquqa xitam verilməsi üçün həmin maddəyə əsasən, yalnız baş prokuror Milli Məclisə müraciət edə bilər. Əgər Milli Məclis qərar versə ki, Gülər Əhmədovanın toxunulmazlıq hüququna xitam verilsin, o zaman deputatı həbs etmək və onun barəsində cinayət işi başlamaq olar. Cinayət məsuliyyətinə cəlb olunsa, onun Azərbaycandan çıxması da məhdudlaşa bilər”.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

6412