Dəmir yolunda qatarların hərəkətində gecikmələr yaranıb
28 sentyabr 2012 10:01 (UTC +04:00)

Dəmir yolunda qatarların hərəkətində gecikmələr yaranıb

Azərbaycan ərazisində elektrik enerjisi ilə təchizatda yaranan problemlər dəmir yolu nəqliyyatının hərəkətinə təsir edib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, hazırda daxili və beynəlxalq reyslər üzrə qatarların Bakıya gəlməsində 3-4 saatlıq gecikmələr yaranıb: «Hazırda yalnız Ağstafa-Bakı marşrutu üzrə qatar müəyyən gecikmə ilə mənzil başına çatıb. Bildiyiniz kimi, vaqonların hamısı elektrovoza birləşdirilir. Lakin yaranan problemlə bağlı vaqonlar elektrovozdan ayrılaraq teplovozlara qoşulur və bu da müəyyən vaxt tələb edir. Bu səbəbdən qatarların mənzil başına çatmasında müəyyən gecikmələr yaranır».

Qeyd edək ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb. Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla ölkənin əksər şəhər və rayonlarında elektrik enerjisi təchizatında məhdudiyyətlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1090

Oxşar yazılar