Enerji qəzası Bakıda nəhəng tıxaclar yaratdı
28 sentyabr 2012 09:38 (UTC +04:00)

Enerji qəzası Bakıda nəhəng tıxaclar yaratdı

Bakıya verilən elektrik enerjisinin kəsilməsi səbəbindən paytaxtın bütün yollarında böyük avtomobil tıxacları yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar sönüb, nəticədə böyük tıxaclar meydana gəlib. Metronun fəaliyyətinin dayanması da vətəndaşların marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qoyub, insanların kütləvi şəkildə avtobus dayanacaqlarına axışması yollarda avtomobillərin hərəkətinə problemlərə yaradıb. Yol hərəkətinin tənzimlənməsinə yol polisi əməkdaşları cəlb olunublar.

Artıq əksər işıqforların fəaliyyəti bərpa edilib. Paytaxtda avtomobillərin hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4466

Oxşar yazılar