Azərbaycan mütəxəssisləri Diyarbəkirdə əməliyyat keçirib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyənin Diyarbəkir şəhəri yaxınlığında, hava limanı üçün ayrılmış ərazidə əməliyyatları başa çatdırıb. Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.
A. Aslanovun sözlərinə görə, ərazidə əməliyyatlar aparıldıqdan sonra keyfiyyət yoxlamaları keçirilib. Ərazinin təmiz olmasına dair Türkiyənin müvafiq qurumuna sertifikat təqdim olunub. Əməliyyatları başa vurmuş ANAMA-nın heyəti və texnikası Azərbaycana qayıdıb.
ANAMA tərəfindən Diyarbəkirdə hava limanının genişləndirilməsi üçün ayrılmış 1 milyon 101 min 492 kvadratmetr ərazi təmizlənib. Əməliyyatlar zamanı 72 ədəd döyüş təyinatlı raket və 16840 ədəd müxtəlif çaplı təlim sursatları tapılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, ANAMA tərəfindən bundan əvvəl Türkiyə-Suriya-antik Karkamış şəhərinin ərazisində minatəmizləmə əməliyyatı aparılıb. Həyata keçirilmiş unikal əməliyyat zamanı yerində partlayış aparılmadan, eksponatlara zərər vurulmadan ərazi minalardan təmizlənərək arxeoloji tədqiqatlar üçün açılıb.

1017