Elşad Abdullayev danışdı
27 sentyabr 2012 13:12 (UTC +04:00)

Elşad Abdullayev danışdı

APA-nın məlumatına görə, E. Abdullayev müraciətində bildirir ki, millət vəkili Gülər Əhmədovaya iki milyon dollar rüşvət verməsi ilə bağlı video görüntünü internetdə yaydıqdan sonra ona qarşı təhdidlər artıb: “Məlum görüntülərdən sonra mənə qarşı bəzi media orqanlarında və sosial şəbəkələrdə şər-böhtan xarakterli məlumatlar yayılır. Həmçinin mənə və qohumlarıma qarşı Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən xəbərdarlıqlar edilir”.

E. Abdullayev video müraciətdə hansı məqsədlə deputat olmaq istədiyini və G. Əhmədovaya nə üçün rüşvət verməsinin detallarını açıqlayıb. O, deputat seçilməkdə məqsədinin naməlum şəraitdə oğurlanan qardaşı Mahir Abdullayevi azad etmək olduğunu deyib: “Belə bir təklifi mənə Gülər Əhmədova edib. Gülər Əhmədova rəfiqəsi Sevinc Babayeva vasitəsi ilə mənə girovluqda olan qardaşımın azad edilməsi üçün deputat seçilməyimin zəruri olması ilə bağlı təklif göndərib. Mən qardaşımı girovluqdan azad etmək məqsədilə bu prosesə qoşulmuşam. Rüşvət kimi verdiyim pulun qaynağına gəldikdə isə deyə bilərəm ki, mən 30 ilə yaxın sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam və bütün bunların hüquqi əsasları var”.

E. Abdullayev G. Əhmədova ilə bağlı video görüntülər və Azərbaycanda adam oğurluğuna dair faktlar barədə hüquq-mühafizə orqanlarına dəfələrlə məlumat verdiyi bildirib: “Baş Prokurorluq məlumat yayıb ki, mənim yaymış olduğum video görüntülər ekspertizadan keçirilməklə hərtərəfli araşdırılacaq. Mən hələ Azərbaycanda olduğum zaman ölkədə adam oğurluğuna dair faktları özündə əks etdirən yüzlərlə video və audio görüntüləri Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmişəm. Lakin bu günə qədər hələdə cavab ala bilməmişəm”.

E. Abdullayev müraciətində həmçinin hüquq-mühafizə orqanlarından onlara təqdim olunmuş video görüntülərin obyektiv araşdırılmasını və ölkədə adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin ifşa edilməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5826

Oxşar yazılar