Vüqar Əliyev: “Ən optimal variant budur”
“Rayon İcra Hakimiyyətlərində vətəndaşlar üçün rəsmi qəbul günləri keçirilir. Bu zaman məhdud sayda vətəndaşın müraciətinə baxılır”. Lent.az-ın məlumatına görə, bunu Ombudsman Aparatında təşkil olunan “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müzakirəsi ilə bağlı tədbirdə Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev bildirib.
PA-nın sektor müdiri qeyd edib ki, ən yaxşı variant “Açıq qapı” formatında görüşlərin keçirilməsidir: “Bu görüşlər rayonun hər hansı bir məhəlləsində keçirilir və vətəndaşların şikayətləri dinlənilir. Düşünürəm ki, ən optimal variant budur”.
Qeyd edək ki, bu gün Ombudsman Aparatının təşkilatçılığı ilə dövlət qurumlarının mətbuat katiblərinin də iştirak etdiyi “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müzakirəsinə dair tədbir keçirilib. Tədbirdə ombudsman Elmira Süleymanova, PA-nın sektor müdiri V. Əliyev və mətbuat xidmətlərinin rəhbərləri çıxış ediblər.
Anar Məcidzadə

1599