Moskvada bir azərbaycanlı öldürüldü, biri yaralandı
Lent.az-ın “radiovesti.ru”-ya istinadən verdiyi məlumata görə, ötən gecə yol polisi “Krasnıy mayak” küçəsi ilə Volqoqrad prospektinin kəsişməsində “VAZ-2110” markalı avtomaşını saxlayıb. Maşına yaxınlaşan polislər orda uç azərbaycanlının olduğunu görüblər. Onlardan birinin qarnından güllə yarası aldığı məlum olub.
Elə həmin anda məlum olub ki, maşında dördüncü şəxs də olub. O, isə ağır vəziyyətdə 7 saylı xəstəxanaya çatdırılıb. Bir qədər sonra həmin şəxsin - 27 yaşlı Rüstəmov soyadlı azərbaycanlının artıq vəfat etdiyi müəyyənləşib.
İlkin araşdırma zamanı o da məlum olub ki, bir qədər əvvəl azərbaycanlıların yaxınlıqdakı kafelərin birində davası düşüb. Həmyerlilərimizin kiminlə dava etdiyi isə araşdırılır.

3097