Lerikdə demokratik dəyərlərin yeri və roluna dair «dəyirmi masa»
APA-nın Cənub bürosunun məlumatına görə, yerli idarə, təşkilat və müəssisələrin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekspert və mütəxəssislərin qatıldığı tədbirdə “Yerli İdarəetməyə yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev çıxış edərək, layihənin məqsədindən danışıb.
Onun sözlərinə görə, layihə Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisi arasında əsas demokratik dəyərlərin təşviq edilməsi, gənc qızların məişətdə və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşmasına və inkişafına dəstək verməyə xidmət edir.
Layihə həmçinin bütövlükdə əhalinin həssas qrup üzvlərinə reabilitasiya dəstəyi verməyi də nəzərdə tutur. Layihənin hədəf qrupuna daxil olan insanlar 14-18 yaşlı qızlar, erkən nikahın qurbanı olmuş qadınlar və onların valideynləri, eləcə də qərar qəbulunda önəmli rola malik olan qurumların nümayəndələridir.
Diskussiya şəraitində keçən tədbirdə demokratik dəyərlər, seçim etmək mədəniyyəti, bu mədəniyyətin artırılmasında kütləvi informasiya vasitələrinin rolu, qızların məişətdə və sosial həyatda seçim etmələrinə təsir göstərən amillər və s. mövzular ətrafında geniş müzakirələr aparılıb, ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallara cavab veriblər.

601