Azərbaycanda 49 əcnəbi saxlanılıb
25 sentyabr 2012 15:42 (UTC +04:00)

Azərbaycanda 49 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən sentyabrın 17-dən 21-dək Bakı şəhərində, həmçinin Biləsuvar, Lerik və Masallı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. DMX-dən Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 49 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Etibar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar