“Quba hadisələri” ilə bağlı məhkəmə prosesi təxirə salındı
Bu gün Quba rayon məhkəməsində bu il martın 1-də Qubada iğtişaş törətməkdə təqsirləndirilən daha 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az xəbər verir ki, hakim Fizuli Pənahovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxslər Əliyev Akif Məmmədtağı oğlu və Əliyev Habil Əhməd oğlunun dövlət tərəfindən təyin olunmuş vəkillərlə yanaşı, öz hesablarına da müdafiəçi tutmaq istədikləri üçün təxirə salınıb.
A. Əliyev bildirib ki, o, ibtidai istintaq dövründə müqavilə bağladığı vəkili Əsabəli Mustafayevin də prosesdə iştirak etməsini istəyir. Digər təqsirləndirilən H.Əliyev isə dövlət tərəfindən ona təyin olunmuş vəkil Həsrət Fərzəliyevə etiraz edərək şəxsi hesabına vəkil tutacağını bildirib.
Hakim təqsirləndirilən şəxsləri, dövlət ittihamçısını və digər vəkilləri dinlədikdən sonra prosesin oktyabr ayının 3-dək təxirə salınmasına qərar verib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız H.Əliyev Azərbaycan Respublikası CM-nin 127.2.3; 186.2.2; 233 və 315.2-ci maddələri ilə ittiham olunur. Müttəhimlərdən S.Qəribov, Z.Əmiraslanov, A.Əliyev,T. Dadaşov, S.Abdullayev və M.Əkbərov isə CM-nin 186.2.1; 186.2.2;233 və 315.2 maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.
Təqsirləndirilən şəxslərdən 4 nəfər həbsdədir. Digər şəxslər barədə isə heç bir yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib.

711