Bakıda evlərə pəncərədən keçən oğru tutulub
25 sentyabr 2012 11:28 (UTC +04:00)

Bakıda evlərə pəncərədən keçən oğru tutulub

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nurlan Əmiraslanov sentyabrın 24-də yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, o, mayın 13-dən 14-dək olan müddətdə Ə.Vahid küçəsində yaşayan Elnur Rəhimlinin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 5000 ABŞ dolları və 2300 manat, iyunun 9-da Binə qəsəbəsində yaşayan Nasir Əzizovun evindən pəncərədən keçmə yolu ilə 1260 manat və iyulun 5-də isə Məkurə Yasinovanın mənzilindən pəncərədən daxil olma yolu ilə 2500 manat, qızıl-zinət əşyaları oğurlayıb.

Etibar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959

Oxşar yazılar