Masallıda dəhşətli yol qəzası: 4 ölü, 3 yaralı
22 sentyabr 2012 13:00 (UTC +04:00)

Masallıda dəhşətli yol qəzası: 4 ölü, 3 yaralı

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə ötən gecə Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Manaf Tağıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Samir İbadovun idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə M. Tağıyev və sərnişinləri - Vüsal Ramazanov, Amil Rəhimov, habelə digər maşındakı sərnişin Naib Əliyev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2114

Oxşar yazılar