Cəlilabadda toy maşını qəzaya uğrayıb: 1 ölü, 1 yaralı
Cəlilabad Rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 21-də axşam saatlarında Cəlilabad-Abışabad şosesinin 10-cu kilometrliyində - Abışabad kəndi ərazisində qeydə alınıb. Rayonun Gülməmmədli kəndindən gəlin gətirməkdən qayıdan Qarayar kənd sakini Ramil İsgəndərovun idarə etdiyi “VAZ-2101” markalı avtomobil qəfildən idarəetməni itirərək yoldan kənara çıxaraq aşıb. Nəticədə avtomaşındakı sərnişinlərdən Məmmədcanlı kənd sakini, 17 yaşlı Rəqsanə Teymurova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Maşında olan digər sərnişin, Sərhədabad kənd sakini, 18 yaşlı Aysel Əliyeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1872