Xəzər dənizində top mərmisi tapılıb
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN)“112” qaynar telefon xəttinə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin icarəyə götürdüyü “XAMA-311” gəmisində dəniz dibinin dərinləşdirilməsi işləri aparılan zaman partlayış təhlükəli əşya aşkarlanması barədə məlumat daxil olub. Lent.az-ın FHN saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Mütəxəssislər bunun 1 ədəd 100 mm-lik top mərmisi olduğunu müəyyən edib.
Mərmi zərərsizləşdirilməsi üçün müvafiq qaydada götürülüb.
Mərmi zərərsizləşdirilməsi üçün müvafiq qaydada götürülüb.
1000