Baş Prokurorluğun nümayəndə heyəti BMT-nin regional tədbirində iştirak edib
21 sentyabr 2012 18:09 (UTC +04:00)

Baş Prokurorluğun nümayəndə heyəti BMT-nin regional tədbirində iştirak edib

Sentyabrın 13-14-də Ukraynanın Odessa şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə üzrə Ofisi və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) birgə təşkilatçılığı ilə "Milli səviyyədə cirkli pulların yuyulmasının qarşısının alınması və əks tədbirlərin görülməsi üzrə qurumlararası əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi" mövzusunda regional seminar keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarın işinə GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) nümayəndə heyətləri ilə yanaşı Böyük Britaniya, İtaliya, Macarıstan, Litva və digər ölkələri təmsil edən nümayəndələr də qatılıblar.

Tədbirdə Azərbaycan Respublikası baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev çıxış edərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, o cümlədən qeyd olunan kateqoriyadan olan cinayət işləri üzrə aparılan araşdırmaların xüsusiyyətləri barədə, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunmuş cinayət işləri barədə ətraflı məlumat vermişdir. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar