Əfşar Süleymaninin Azərbaycandan çıxmasına qadağa
Vəkil: “O, Şəmsiyyə Bəylərqızına 7 min manat aliment ödəməlidir”
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin Bakıdan çıxmasına qadağa qoyulub. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Ə. Süleymaninin Azərbaycanı tərk etməsinə qoyulmuş qadağa yazıçı-publisist Şəmsiyyə Bəylərqızının iddiası əsasında gerçəkləşib. Belə ki, Ş. Bəylərqızı məhkəməyə müraciət edərək, Ə. Süleymaninin atalıq hüququnu pozduğunu və övladına aliment ödəmədiyini bildirib. Həmin şikayət əsasında məhkəmə Ə. Süleymaninin Azərbaycanı tərk etməsinə qadağa qoyulmasına dair qərar çıxarıb.
Məsələyə münasibət bildirən Ş. Bəylərqızının vəkili Tərlan Azayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, Ə. Süleymani Ş. Bəylərqızına 7 min manat aliment ödəməlidir. Hazırda həmin iş üzrə məhkəmə gedir.
T. Azayev həmçinin Ş. Bəylərqızının həbsindən də danışıb. Qeyd edib ki, Ş. Bəylərqızı bu ilin iyun ayında Ə. Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
T. Azayev keçmiş səfirin bu şikayətinin əsassız olduğunu və onun Ş. Bəylərqızıdan qisas aldığını qeyd edib. Ş. Bəylərqızı hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılır.
İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani isə APA-ya açıqlamasında qarşı tərəfin iddialarını təkzib edib. Bildirib ki, Ş. Bəylərqızı onun iddiası əsasında tutulmayıb: “Şəmsiyyə Bəylərqızının tutulması barədə məlumatı mən mətbuatda oxumuşam. Bildiyimə görə, onunla bağlı 180 nəfər şikayət edib. Bu qadın bir neçə ay əvvəl tutulub. Mən isə bir ay əvvəl şikayət eləmişəm. Biləndə ki, onu həbs ediblər, mən də getdim Daxili İşlər Nazirliyinə şikayət etdim. Bildirdim ki, bu qadın məni də aldadıb, mənim də pulumu mənimsəyib. Xahiş elədim ki, mənim də şikayətimə baxsınlar. Onu da qeyd edim ki, bu qadın mənim pulumu mənimsədiyini özü də etiraf edib”.
Ə. Süleymani Azərbaycanı tərk eləməsinə qadağa qoyulması barədə məsləyə də münasibət bildirib: “Bütün bu işlər qurama işlərdir. Mən niyə ona aliment ödəməliyəm? Bir daha deyirəm ki, bu saxta sənədlərlə hazırlanmış bir oyundur. Ona görə də mən aliment verməkdən imtina edirəm. Düzdür, məhkəmə mənim Azərbaycandan çıxmağıma qadağa qoymuşdu. Lakin bir müddət əvvəl həmin qadağa ləğv olunub”.

2888