BMT-nin baş katibi sülh günü ilə bağlı müraciət edib
20 sentyabr 2012 20:41 (UTC +04:00)

BMT-nin baş katibi sülh günü ilə bağlı müraciət edib

Bu günlə bağlı BMT-nin baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət edib.

BMT Bakı ofisindən verilən məlumata görə, baş katib Ümumdünya Sülh Günündə dünyanın hər yerində hərbi əməliyyatların tamamilə dayandırılmasına çağırıb.

Pan Gi Mun qeyd edib ki, builki Ümumdünya Sülh Gününün mövzusu “Davamlı inkişaf naminə davamlı sülh”dür: “Silahlı qarşıdurmalar davamlı inkişafın ən əsas sütunlarını sarsıdır. Təbii resurslar müharibələri maliyyələşdirmək üçün deyil, cəmiyyətin rifahını yaxşılaşdırmaq üçün istifadə olunmalıdır. Uşaqlar orduya deyil, məktəbə getməlidirlər. Dövlət büdcələri məhvedici silahların hazırlanmasına deyil, insanların əqli qabiliyyətlərin artırılmasına yönəlməlidir. Ümumdünya Sülh Günündə mən bütün müharibə edən tərəfləri münaqişələrin dinc həlli yollarını tapmağa səsləyirəm. Gəlin, hər kəs üçün təhlükəsiz, ədalətli və çiçəklənən gələcək uğrunda mübarizə aparaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar