Bakıda püskürən vulkanının aktivliyi zəifləyib
20 sentyabr 2012 11:42 (UTC +04:00)

Bakıda püskürən vulkanının aktivliyi zəifləyib

Səhər saatlarında püskürən Lökbatan palçıq vulkanının aktivliyi zəifləyib. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov deyib.


Hazırda ərazidə ölçmə işlərini apardıqlarını deyən A. Hüseynov bildirib ki, səhər saat 05.00 radələrində vulkandan uğultu səsi gəlib, saat 09.00-da isə alov püskürməsi baş verib: “İlkin müşahidələrə görə, püskürmə çox güclü olub və 2 hektardan çox əraziyə palçıq yayılıb. Dəqiq məlumatları ölçmələr başa çatandan sonra demək mümkündür. Amma bu püskürmə 2010-cu ildəki püskürmədən güclü olub. Həmin vaxt ətrafa 2 hektar məsafədə palçıq yayılmışdı”.
A. Hüseynov deyib ki, hazırda vulkanın püskürdüyü ərazidə alov müşahidə olunmur: “Vulkan sakitləşib və demək olar ki, sönməyə doğru gedir. Onun yenidən alovlanması ehtimalı yoxdur. Çünki enerjisi demək olar ki, boşalıb”.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Azərbaycanda ən tez-tez püskürən palçıq vulkanıdır. Ümumiyyətlə, bu vulkan dünyada ən çox püskürən palçıq vulkanlarından biridir. Sonuncu dəfə vulkan 2010-cu ildə fevralın 4-də püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir. Vulkan iki ildən bir aktivləşir.

Lökbatan palçıq vulkanın ətrafında yaşayış evləri olmasa da, neft buruqları var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104

Oxşar yazılar