Diaspor komitəsi Ermənistan səfirliyi qarşısındakı aksiya ilə bağlı məlumat yayıb
19 sentyabr 2012 20:10 (UTC +04:00)

Diaspor komitəsi Ermənistan səfirliyi qarşısındakı aksiya ilə bağlı məlumat yayıb

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 18-də Parisdə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Almaniya, İsveçrə, İsveç, Hollandiya, Belçika, Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib. Aksiyada “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcəkdir!”, “Xocalıya ədalət!”, “Şəhidlər ölməz, “Qarabağ bizimdir, bizim olacaq!”, Vətən bölünməz!” kimi şüarlar səsləndirilib.

Yüzlərlə azərbaycanlı və türkün qatıldığı aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu vurğulamış, dünya birliyini münaqişəyə ədalətli qiymət verməyə çağırıblar. Mitinqdə Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilmiş digər terror və soyqırımı aktlarına beynəlxalq hüquqi qiymət verilməsi tələbləri səsləndirilib.

Dünya Azərbaycanlı Gənclər Birliyi, Benilüks Azərbaycanlıları Konqresi, Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi, Fransa Türk Tələbələr Birliyi, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Belin Azərbaycan Evi, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Köln Türk Federasyonu və digər təşkilatların fəal iştirakı ilə keçirilən aksiyanın sonunda bəyanat qəbul olunub.

Bəyanatda Ermənistanın işğalçılıq siyasəti kəskin şəkildə pislənilir, azərbaycanlılara qarşı törədilmiş terror və soyqırım aktlarına hüquqi-siyasi qiymət verilməsi tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15