Azərbaycan vətəndaşları Rusiyada adam oğurlayıblar
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də Tümenin Bauman küçəsində 22 yaşlı iki kişi bir ofisə gəlib və orada işləyən bir nəfəri küçəyə çağıraraq söhbət etməyə başlayıblar.
Daha sonra da bıçaqla onu hədələyərək maşına əyləşdirərək aparıb, iki gün bir evdə saxladıqdan sonra buraxıblar. İstintaq müəyyən edib ki, oğurlanan şəxsin əvvəl işlədiyi mobil telefon satışı firmasının rəhbərinə borcu olub. Daha doğrusu, o, 15-31 avqust tarixlərində keçmiş iş yerində seyfdən 104 min rubl götürüb. Firmanın rəhbəri ondan pulu qaytarmağı tələb etsə də, pulu oğurlayan işçi pulu qaytarmayıb. Bunu görən firma rəhbəri Azərbaycan vətəndaşları olan iki nəfərdən bu məsələni həll etməyi xahiş edib, əvəzində qaytarılacaq məbləğin 50 min rublunu onlara verəcəyini vəd edib.
Borc məsələsinə görə adam oğurlayaraq iki gün saxlayan Azərbaycan vətəndaşları tutulub. Güc tətbiq etməklə insan oğurluğu ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1636